`Mercedes` aşdı - ölən və yaralılar var


00:14     11 Sentyabr 2017 qeza832.jpg

Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.


Məlumata görə, avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Hüseynov Zabit Eldar oğlu hadisə yerində həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 693